Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq
Far.Az xəbər saytı

Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq


“Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib”.

“Far.Az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq:

“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşinin məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertizası keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər