Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 179 nəfərə çatıb - YENİLƏNİB
Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir.
“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.
“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
“Far.Az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Son xəbərlərə görə, təyyarə qəzasında 3 nəfər sağ qalıb.
Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.
“Far.Az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.
Oxşar xəbərlər
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
KİV: Cənubi Koreyada qəzaya uğrayan təyyarədəki sərnişinlərin çoxu həlak olub
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
-
Mərkəzi Nəbatat Bağı auditor seçir













