Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Far.Az xəbər saytı

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür


Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür.

"Report" xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər