IATA AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabatını gözləyir
Far.Az xəbər saytı

IATA AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabatını gözləyir


Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) “Azərbaycan Hava Yolları”na məxsus (AZAL) təyyarənin qəzaya uğramasının qərəzsiz və şəffaf araşdırılmasına çağırıb və 30 gün ərzində aralıq hesabatın dərc edilməsinin vacibliyini xatırladıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

“Belə araşdırma Çikaqo Konvensiyasının 13-cü əlavəsinin müddəalarına uyğun aparılmalıdır ki, bu da qəzadan 30 gün ərzində aralıq hesabatın dərc edilməsini tələb edir”, - assosiasiyasının bəyanatında qeyd olunur.

“Mülki hava gəmiləri heç vaxt hərbi əməliyyatların qəsdən və ya təsadüfi hədəfi olmamalıdır. Bir neçə ölkənin, o cümlədən Rusiya və Azərbaycanın hökumətlərinin işarə etdiyi kimi, “Azərbaycan Hava Yolları”nın 8243 saylı reysinin hərbi əməliyyatların qurbanı ola biləcəyi ehtimalının yüksək olması hərtərəfli, şəffaf və qərəzsiz araşdırmanın aparılmasını ön plana çəkir. Dünya Çikaqo Konvensiyasında təsbit edilmiş beynəlxalq öhdəliklərə uyğun olaraq, 30 gün ərzində zəruri aralıq hesabatın dərc edilməsini səbirsizliklə gözləyir. Əgər bu faciəyə görə döyüşənlərin məsuliyyət daşıdığı qənaətinə gəlinsə, günahkarlar məsuliyyətə cəlb edilməli və ədalət məhkəməsinə verilməlidir”, – məlumatda IATA-nın baş direktoru Villi Uolşdan sitat gətirilib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər