Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub


Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib.

"Far.Az"un Türkiyə bürosunun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İqlim Məsələləri üzrə nümayəndəliyindən verilən məlumatda qeyd olunub.

Hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir.

Sənəd ötən il Braziliyada keçirilən COP30 zamanı COP29, COP30 və COP31 sədrliklərinə verilmiş mandat əsasında Azərbaycanın, Braziliyanın, Türkiyənin və Avstraliyanın birgə əməkdaşlığı ilə hazırlanıb.

Hesabatın hazırlanması çərçivəsində 2026-cı il ərzində dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Bu müzakirələr Bakı və Şamaxı da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib. Bundan əlavə, müxtəlif ölkə və təşkilatlardan daxil olan 148 yazılı təqdimat nəzərdən keçirilib.

Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma sahələrində istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb.

Sənədin rəsmi təqdimatının noyabrın 16-da COP31 çərçivəsində Antalyada keçiriləcək yüksək səviyyəli tədbirdə baş tutacağı bildirilir.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər