Arizonada Trampı öldürməklə hədələyən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Arizonada Trampı öldürməklə hədələyən şəxs saxlanılıb


Arizona polisi cümə axşamı ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı öldürməklə hədələyən şəxsi saxlayıb.

APA xəbər verir ki, həmin şəxsin insidentsiz olaraq Koçis bölgəsində saxlanıldığı haqda şerifin ofisindən məlumat verilib.

66 yaşlı Ronald Li Sivrud cümə axşamı yerli vaxtla saat 14:30-da saxlanılıb. Ona qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.

CNN-in yerli polis nümayəndəsinə istinadən yaydığı məlumata görə son bir neçə həftə ərzində Sivrud sosial şəbəkələrdə Trampı öldürməklə hədələdiyi bir neçə mesaj dərc edib.

Trampın cümə axşamı Koçisə gəldiyi bildirilir. Tramp oradakı tərəfdarları qarşısında miqrasiya böhranı ilə bağlı çıxış edib.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər