"PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" və "Deloitte Private" Azərbaycanda altıncı dəfə keçiriləcək "Best Managed Companies Azerbaijan" proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
"Deloitte Private"ın beynəlxalq təşəbbüsü olan "Best Managed Companies" proqramı qabaqcıl idarəetmə təcrübələri və uğurlu biznes nəticələri ilə seçilən şirkətləri müəyyən edir və mükafatlandırır.
Dünyanın 50-yə yaxın ölkəsində həyata keçirilən proqram Azərbaycanda 2021-ci ildən təşkil olunur. Bu müddət ərzində proqramda 50-yə yaxın yerli şirkət iştirak edib, 19 şirkət isə "Best Managed Companies Azerbaijan" tituluna layiq görülüb.
Beləliklə, "PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıblar.
Proqram çərçivəsində iştirakçılar idarəetmə təcrübələrini beynəlxalq metodologiya əsasında qiymətləndirmək, "Deloitte" və "PAŞA Bank" ekspertlərindən bizneslərinin inkişafı ilə bağlı tövsiyələr almaq imkanı əldə edirlər.
Şirkətlər strategiya, biznes imkanları və innovasiya, korporativ idarəetmə və maliyyə göstəriciləri, eləcə də korporativ mədəniyyət və öhdəliklər olmaqla dörd istiqamət üzrə qiymətləndirilir. Əsas mükafatın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.
2027-ci ildə əsas mükafatla yanaşı, şirkətlərin nailiyyətləri üç yeni nominasiya – "İnnovasiya və davamlı inkişaf", "Korporativ vətəndaşlıq və sosial töhfə", "Ətraf mühitə məsuliyyət və ekoloji töhfə" üzrə də qiymətləndiriləcək.
Proqramda illik gəliri 10 milyon manatdan çox olan, ən azı üç il fəaliyyət göstərən və 25-dən çox tam ştatlı əməkdaşı olan şirkətlər iştirak edə bilərlər. Şirkətin mülkiyyətinin 60 %-dən çoxu Azərbaycan rezidenti olan fiziki və ya hüquqi şəxslərə məxsus olmalıdır.
"Best Managed Companies Azerbaijan" proqramı "Deloitte Private" və "PAŞA Bank"ın əsas sponsorluğu, "AmCham Azerbaijan", ADA Universiteti və İctimai Televiziyanın tərəfdaşlığı ilə həyata keçirilir.
Proqram və iştirak şərtləri haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.
"PAŞA Bank" bu təşəbbüslə yerli şirkətlərdə qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə, onların dayanıqlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərir.
Oxşar xəbərlər
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













