Goranboyda silah-sursat aşkarlanıb
Far.Az xəbər saytı

Goranboyda silah-sursat aşkarlanıb


Goranboy rayonunda silah-sursat aşkarlanıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə iki ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd avtomat darağı, 60 ədəd 7,62 çaplı avtomat patronu və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

İşğaldan azad olunmuş torpaqlarda çox sayda silah-sursat aşkarlanıb
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub - FOTO
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər