JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Far.Az xəbər saytı

JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb


Qətər tərəflərə fikir ayrılıqlarının diplomatik yolla həlli üçün əlavə vaxt vermək məqsədilə ABŞ-nin İrana hərbi zərbələrinin mümkün bərpasının ən azı iki həftə təxirə salınmasına nail olub.

"Report"un "The Jerusalem Post"a (JP) istinadən verdiyi məlumata görə, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Parisdə "Yeddilik Qrupu" (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşündə bildirib.

Nəşrin diplomatik mənbələrinin məlumatına görə, o, davam edən vasitəçilik səylərinə baxmayaraq, Vaşinqton və Tehran arasında ciddi fikir ayrılıqlarının qaldığını bildirib.

Xüsusilə, tərəflər hərbi-dəniz blokadasının ləğvi, İranın nüvə proqramı ilə bağlı məsələlərin nizamlanması və Tehranın səhmlərinin dondurulmasının ləğvi də daxil olmaqla, mümkün razılaşmaların icra ardıcıllığını hələ razılaşdırmayıblar.

Bu arada, Qətər XİN-in Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Haşimi noyabrın 10-da keçirilən brifinqdə ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğunu bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların mümkün bərpası ilə bağlı mediada yayılan məlumatlara baxmayaraq, Doha Vaşinqton və Tehranın diplomatik nizamlanmaya sadiqlik barədə müsbət bəyanatlarını qeyd edir.

Əl-Haşimi vurğulayıb ki, vasitəçilər tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində fəal səylərini davam etdirirlər.

O, bildirib ki, Qətərin Baş nazirinin noyabrın 10-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü müsbət atmosferdə keçib və danışıqlar prosesinin irəlilədilməsinə həsr olunub.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər