ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
ABŞ Ədliyyə Nazirliyi İran ilə İraqın üç vətəndaşına Avropada və Birləşmiş Ştatlarda terror aktlarının hazırlanmasında, o cümlədən Amerika hərbçilərinin yerləşdirildiyi Britaniyanın "RAF Fairford" (Royal Air Force Fairford) aviabazasına hücuma cəhddə iştiraklarına görə ittiham irəli sürüb.
"Far.Az" ABŞ Ədliyyə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, ittihamlar İran və İraqın ikili vətəndaşlığına malik Məhəmməd Baqir Səəd Davud əs-Səadiyə, İran vətəndaşı Möhsün Mühaciriyə və İraq vətəndaşı Məhəmməd Əli əl-Həsəniyə qarşı irəli sürülüb.
Təqsirləndirilən şəxslərin İranmeylli "Kətaib Hizbullah" qruplaşmasının və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqları naminə fəaliyyət göstərdiyi deyilir. Onlar Avropada və ABŞ-də 20-yə yaxın hücum və terrora cəhddə iştirakda ittiham olunurlar.
Xüsusilə, istintaq hesab edir ki, şübhəlilər 2026-cı ilin sentyabrında Amerika hərbi təyyarələrinin və şəxsi heyətinin olduğu Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin "RAF Fairford" aviabazasında terror aktının hazırlanmasını təşkil ediblər.
İş materiallarına əsasən, ehtimal olunan hücumun birbaşa koordinasiyasını əl-Həsəni həyata keçirib. O, Mühaciri ilə birlikdə İranda olarkən hücumun hazırlanması ilə məşğul olan Böyük Britaniyadakı əlbirləri ilə əlaqə saxlayıb.
Avqust və sentyabr aylarında ehtimal olunan sui-qəsd iştirakçıları, istintaqın məlumatına görə, aviabaza ərazisində müşahidə aparıb, nəqliyyat vasitələri, yanacaq və partlayıcı qurğuların hazırlanmasında istifadə oluna biləcək materiallar əldə ediblər.
Sentyabrın sonlarında Britaniya hüquq-mühafizə orqanları hücum üçün nəzərdə tutulan üç mikroavtobusu aşkar edib və onların içində olan insanları saxlayıblar.
Bununla yanaşı, həmin vaxt başqa bir terror işi üzrə artıq Nyu-Yorkda həbsdə saxlanılan əs-Səadi, iddialara görə, qohumları vasitəsilə şifrələnmiş mesajlar ötürərək əlbirlərinin hərəkətlərini koordinasiya etməyə davam edib.
Amerika hakimiyyəti həmçinin təqsirləndirilən şəxsləri Avropa ölkələrində yəhudi icmalarına qarşı silsilə hücumlarla, o cümlədən yandırıcı qurğulardan və partlayıcı maddələrdən istifadə olunması ilə əlaqələndirir.
Hər üç şəxsə terror təşkilatlarına maddi dəstək göstərmək məqsədilə əlbir olmaq, terrorizmin maliyyələşdirilməsi və partlayışların hazırlanması daxil olmaqla, səkkiz bənd üzrə ittiham irəli sürülüb.
Təqsirli bilindikləri halda onları ömürlük həbs cəzası gözləyir.
ABŞ Ədliyyə Nazirliyi vurğulayıb ki, irəli sürülmüş ittihamlar şübhəlilərin təqsirinin sübuta yetirilməsi demək deyil. Məhkəmə qərarı çıxarılana qədər onlar təqsirsiz sayılırlar.
Oxşar xəbərlər
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













