Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb
Far.Az xəbər saytı

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında 4 Yanvar - Ümumdünya Brayl Əlifbası Günü ilə əlaqədar görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə "İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm" adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

"Far.Az" xəbər verir ki, ölkə ərazisində fəaliyyət göstərən, görmə qabiliyyəti tam məhdud şəxslərin yaşadığı və təhsil aldığı xüsusi müəssisələrin sakinləri və bu kateqoriyadan olan digər şəxslər üçün nəzərdə tutulmuş vəsaitdə Müvəkkilin mandatı, səlahiyyətləri, Milli Preventiv Mexanizm fəaliyyəti, eləcə də Ombudsmana müraciət üsulları barədə məlumatlar qeyd olunub.

Qeyd edək ki, görmə qabiliyyəti məhdud şəxslərin hüquq və azadlıqlarının təmini, onların zəruri vəsaitlərlə təmin olunması daim diqqət mərkəzindədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ombudsmanın Milli Preventiv Qrupu saxlama yerlərinə baş çəkib
Ombudsmanın tapşırığı ilə Naxçıvanda cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər