“Liverpul”un baş məşqçisi müdafiəçisinin “Real”a mümkün keçidini Cerrard nümunəsi ilə şərh edib
“Liverpul”un baş məşqçisi Arne Slot “Real Madrid”i cinah müdafiəçisi Trent Aleksander-Arnoldu transfer etmək cəhdlərinin asan başa gəlməyəcəyini bildirib və buna misal olaraq “kral klubu”nun “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardı Mersisayddan Madridə gətirmək cəhdlərinin uğursuzluğunu göstərib.
“Report” ya istinadən xəbər verir ki, bunu niderlandlı mütəxəssis jurnalistlərin İspaniya klubunun “adətən öz istədiyini əldə etməsinin” onda narahatlıq doğurub-doğurmadığı barədə sualını cavablandırarkən deyib.
“Bir oyunçu (Cerrard – red.) var idi, onu, həqiqətən də, istəyirdilər, lakin o getmədi. Onu məndən yaxşı tanıyırsınız. Bax belə alındı”, – Slot vurğulayıb.
“Liverpul”un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard illər öncə “Real Madrid” və “Çelsi”nin hədəfində olsa da, ingiltərəli futbolçu uşaqlıq komandasına sadiq qalmağı seçmişdi.
“Real” və “Çelsi”dən təkliflərim olub, lakin mənim ürəyim həmişə “Liverpul”la olub. Heç vaxt qərarımdan peşman olmamışam. Keçmişə qayıda bilsəm, eynisini təkrarlayaram”, – hazırda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdıran Stiven Cerrard ötən il yerli müsahibəsində açıqlayıb.
Eyni zamanda, Slot Aleksander-Arnoldun, eləcə də müqavilələri gələn yay başa çatan Məhəmməd Salah və Vircil van Daykla bağlı transfer şayiələrinin diqqəti yayındıran amil olmadığını söyləyib.
“Bunlar hamısı “əgər, əgər, əgər”dir. Mənim cavabım – o bizimlə birgədir və bütün diqqəti bizimlədir”, – o, cinah müdafiəçisinin mümkün keçidini şərh edib.
“Bunu siz “Vest Hem” ilə oyunda və əvvəlki oyunlarda gördünüz”, – o əlavə edib.
Qeyd edək ki, mövsümün ilk yarısında yüksək yüksək nəticələr əldə edən “Liverpul” istər yerli çempionatda, istərsə də Çempionlar Liqasının (ÇL) liqa mərhələsində şəriksiz liderdir. Bundan başqa, ÇL-də maksimum nəticə əldə etmiş Arne Slotun yetirmələri “Real Madrid” üzərində inamlı qələbə qazanıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













