Qeyri-iş günlərində 252 yanğın olub, 10 nəfərin meyiti tapılıb
Far.Az xəbər saytı

Qeyri-iş günlərində 252 yanğın olub, 10 nəfərin meyiti tapılıb


Qeyri-iş günlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 10 nəfərin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Bu barədə "Far.Az"a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

FHN: Ötən sutka 39 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 70 yanğına çıxış olub, 13 nəfər xilas edilib
FHN: Ötən sutka 71 yanğına çıxış olub
FHN: Ötən sutka 66 yanğına çıxış olub, 9 nəfər xilas edilib
FHN: Ötən sutka 70 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər