Millinin məşqçisi Azərbaycan çempionatının nəticələrini dəyərləndirib
Yunan-Roma güləşi yığmasının məşqçisi Həsən Əliyev Azərbaycan çempionatının nəticələrini dəyərləndirib.
O, “Report”a açıqlamasında əsasən nəticə gözlənilən idmançıların önə çıxdığını bildirib.
Mütəxəssis şənbə günündən təlim-məşq toplanışına başladıqlarını söyləyib:
“Əslində fərqli nəsə görmədik. Gözlədiyimiz uşaqlar nəticə verdi. Zədə ilə bağlı əsas idmançılardan bəziləri güləşə bilmədi, bəziləri isə hərbi xidmətdən yeni gəldikləri üçün hazır deyildilər. Şənbə günündən təlim-məşq toplanışına başlamışıq. Fevralda Xorvatiyada turnir olacaq. Uşaqları yoxlamaq üçün oraya gedəcəyik”.
O, çempionatda diqqət çəkən güləşçilərin olduğunu vurğulayıb:
“Diqqət çəkən simalardan biri 60 kq çəki dərəcəsində yarışan Hüseyn Qəribov oldu. Ötən il 55 kq-da mübarizə aparırdı. Bu il isə 60 kq-da çempion oldu. Böyüklərin yarışında nəticə verdi. Onu xaricdəki turnirə aparıb-aparmayacağımızla bağlı baş məşqçi qərar verəcək. Tam hazır olub-olmadığını deyə bilmərəm. Çünki çəkisini yeni dəyişib. 60 kq-da təcrübəli güləşçilərimiz var. Yeni uşaqları üzə çıxarmağa çalışacağıq. Böyüklərin yerini doldurmaq üçün gənc və perspektivli pəhləvanlara ehtiyacımız var. Respublika çempionu olubsa, onu dərhal hansısa yarışa aparacağımızı deyə bilmərəm. Təkcə çempion olmaqla işlər düzəlmir. Amma təbii ki, onu hansısa yarışda yoxlayacağıq”.
Məşqçi, qarşıdakı planlar haqda bunları deyib:
“Yəqin ki, Xorvatiyaya əsasən yığma üzvlərini aparacağıq. Çünki bu ilin ilk yarışı olacaq. Onları aparmalıyıq”.
Qedy edək ki, dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













