Emin Əmrullayev FIBA Çempionlar Liqasının rəsmi şəxsləri ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və digər federasiya rəsmiləri ilə qitənin önəmli klub turnirlərindən biri sayılan FIBA Çempionlar Liqasının rəsmi şəxsləri arasında görüş keçirilib.
"Far.Az" xəbər verir ki, federasiya prezidenti Azərbaycan Basketbol Liqasının (ABL) ildən-ilə artan keyfiyyətindən, ölkəmizdə basketbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və hazırlanan yeni layihələr barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilmiş görüşdə qurum rəhbəri əsas və müxtəlif yaş qrupları üzrə milli komandalar səviyyəsində görülən işlərdə FIBA-nın göstərdiyi dəstəyə görə rəsmilərə minnətdarlığını bildirib.
FİBA Çempionlar Liqasının rəsmiləri də öz növbələrində Azərbaycanda basketbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirləri və başda "Sabah" klubu olmaqla klub basketbolunun da artan xətlə yüksəlişini qiymətləndirərək ABF-nin qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandıqlarını bildiriblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ABF rəsmisi: "FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq"
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













