ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.
Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:
- Bank hesablarının açılması
- Pulköçürmələri və konvertasiya əməliyyatları
- Hökumət ödənişləri
- “ANİPay” ödənişləri
- Kredit ərizələrinin imzalanması
- ATM və POS-terminal əməliyyatları
- AKB və “Asan Finance” razılıq ərizələrinin təsdiqi
- Qeyri-bank xidmətlərindən istifadə
Qeyri-bank xidmətləri dedikdə, vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.
Fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn şəkildə əldə edə bilərlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Yelo Mobil POS" ilə "Visa" kartlarından ödənişlərinizi komissiyasız qəbul edin!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ













