İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR
Azərbaycanda mənzil probleminin həlli istiqamətində vətəndaşlara adi, güzəştli və kommersiya ipoteka kreditləri təklif olunur.
BAKU.WS-in məlumatına görə, adi və güzəştli ipoteka kreditləri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilir. Kommersiya ipoteka kreditləri isə müxtəlif banklar vasitəsilə vətəndaşlara təklif olunur.
Adi ipoteka kreditləri ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir. Güzəştli ipoteka kreditləri isə dövlət büdcəsi hesabına həyata keçirilən sosialyönümlü layihədir.
2025-ci ildə güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 95,6 milyon manat vəsait ayrılıb. Bu da mənzil probleminin həllində güzəştli ipoteka mexanizminin xüsusi əhəmiyyət daşıdığını göstərir.
Fond tərəfindən ötən dövr ərzində vətəndaşlara ümumilikdə 3,6 milyard manat həcmində ipoteka krediti təqdim olunub. Bununla belə, kredit şərtlərinin daha da yüngülləşdirilməsi və təkmilləşdirilməsi əsas prioritet məsələlərdən biri olaraq qalır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, təkliflərdən biri adi və güzəştli ipoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması ilə bağlıdır:
"Hazırda adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 8 faiz təşkil edir. Hesab olunur ki, bu göstəricinin ən azı 7 faizə endirilməsi mümkündür. Belə bir dəyişiklik vətəndaşların aylıq kredit ödənişlərinin azalmasına və onların maliyyə yükünün yüngülləşməsinə səbəb ola bilər.
Güzəştli ipoteka kreditləri üzrə faiz dərəcəsi hazırda 4 faizdir. Bu kreditlər dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün həmin faizlərin də yenidən nəzərdən keçirilməsi və daha aşağı səviyyəyə endirilməsi məqsədəuyğun hesab olunur.
Digər mühüm məsələ isə ipoteka kreditləri üzrə maksimal məbləğin artırılmasıdır. Hazırda adi ipoteka kreditlərində maksimal məbləğ 150 min manat, güzəştli ipoteka kreditlərində isə 100 min manatdır. Son illərdə mənzil bazarında qiymət artımının müşahidə edildiyi nəzərə alınarsa, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğin 100 min manatdan 150 min manata qaldırılması daha məqsədəuyğun görünür.
Bu dəyişiklik vətəndaşların güzəştli ipoteka imkanlarından daha səmərəli istifadə etməsinə, xüsusilə də mənzil problemini həll etmək istəyən ailələrin daha uyğun şərtlərlə ev sahibi olmasına əlavə imkan yarada bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb













