Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
Far.Az xəbər saytı

Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır


Dünyada təxminən 800 milyon insan hələ də kəskin yoxsulluq şəraitində yaşayır.

"Report"un məlumatına görə, bu barədə BMT Baş katibi Antonio Quterreş Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

"800 milyon insan – qadınlar, uşaqlar və kişilər ucqar kənd yaşayış məntəqələrindən tutmuş, sıx məskunlaşmış şəhər gecəqondularına qədər hələ də kəskin yoxsulluq şəraitində yaşayır", - müraciətdə vurğulanıb.

Sənədi BMT-nin Çindəki daimi koordinatoru Stiven Cekson səsləndirib.

Baş katib qeyd edib ki, bu insanların vəziyyətini silahlı münaqişələr, iqlim dəyişiklikləri, artan bərabərsizlik və ağır borc yükü daha da çətinləşdirir. O, hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsilin təmininə, səhiyyə sisteminin inkişafına, kənd yerlərinin dayanıqlı inkişafına və ümumi sosial müdafiə sisteminin formalaşdırılmasına vəsait ayırmağa çağırıb.

Bundan əlavə, Quterreş ədalətsiz qlobal maliyyə arxitekturasının dəyişdirilməsinin vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, inkişaf etməkdə olan dövlətlərin öz inkişaflarına sərmayə qoymaq üçün maliyyə resurslarına və fiskal imkanlara, həmçinin beynəlxalq səviyyədə layiqli dəstəyə və ədalətli təmsilçiliyə ehtiyacı var.

Oxşar xəbərlər

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər