"İnter Mayami" və Messinin Peru komandası ilə yoldaşlıq görüşü üçün şərtləri müəyyənləşib
ABŞ-nin “İnter Mayami” klubunun və Lionel Messinin “Universitario” (Peru) ilə keçiriləcək yoldaşlıq matçı üçün əsas şərtləri müəyyənləşib.
“Report” “BolaVip”ə istinadən xəbər verir ki, Peru təmsilçisi tarixi görüş üçün qarşı tərəfin tələbləri ilə razılaşmalı olub.
“İnter Mayami” ilk olaraq Messi ilə yanaşı, Luis Suares, Xordi Alba, Serxio Buskets kimi ulduzlar üçün həm məşq, həm oyun zamanı, həm də matçdan sonra əlavə təhlükəsizlik tələb edib.
Bundan başqa, Messinin şəxsi mühafizəçisi Yassin Çuekonun futbolçunun təhlükəsizliyinin təminatı üçün Peru təmsilçisinin bütün fəaliyyətlərinə giriş əldə etməsinə icazə verilib.
Üçüncü şərt isə “İnter Mayami”nin səfər xərcləri ilə bağlı olub. MLS klubu Limada keçiriləcək matça kommersiya deyil, özəl çarter reysi ilə səyahət edəcək və bunun xərclərini də məhz Peru klubu ödəyəcək.
Qeyd edək ki, yoldaşlıq matçı yanvarın 29-da Atedəki “Universitario” stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əfsanəvi futbolçu Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə görüşüblər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?













