Atlet Tarverdi Əliyevin 86 illiyinə həsr olunan beynəlxalq yarış keçirilib
Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə kütləvi qaçış tədbiri keçirilib.
"Far.Az" xəbər verir ki, Böyükşor bulvarında təşkil olunan və atlet Tarverdi Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan yarışda 160 iştirakçı mübarizə aparıb.
Yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Çin, Ukrayna, Qazaxıstan təmsilçiləri 12 km məsafəyə qaçışda müxtəlif kateqoriyalarda qalibləri müəyyən ediblər. Ümumi kateqoriyada kişilər arasında Samir Hüseynov yarışın qalibi olub. Qadınlarda isə Natalya Valek fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyalarında isə kişilərdə müvafiq olaraq Elşad Nəsibov, Yadigar Hüseynov, Tapdıq Dadaşov, qadınlarda İrina Xəlilova və Alyona Süleymanova fərqləniblər.
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Kürü keçək?!" adlı yarışın qalibləri mükafatlandırılıb
Atletika üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













