"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb
Far.Az xəbər saytı

"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb


"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

"Far.Az" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

O, yeni komandasının heyətində 23 nömrəli formanı geyinəcək.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Oxşar xəbərlər

Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
Olavio Juninyo: "Qarabağ"da olduğum illər həyatımın ən gözəl dövrü idi"
“Qarabağ” Juninyonun Braziliya klubuna keçidindən 5 milyon avro qazanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər