"Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

"Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib


"Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdən öncə Qəbələ şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Açılış mərasimində müxtəlif idman növlərinin paradından sonra Dövlət Himni səsləndirilib və təyyarə qəzasında həlak olanların və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Ardınca “İdman Paytaxtı”nın rəmzi açarı Qubadan alınaraq Qəbələyə təqdim olunub.

“Qəbələ - İdman Paytaxtı 2025”in maskotu ictimaiyyətə təqdim edildikdən sonra bölgə idmançıları haqqında videoçarx nümayiş olunub. “İdman səfirləri” Aliyə Paşayeva, Xəyyam Orucov, İlqar Qurbanov və Orxan Səfərov da çıxış edərək tədbir iştirakçılarına səsləniblər.

Taekvondo, gimnastika, cüdo, futbol, güləş, stolüstü tennis, şahmat, boks, MMA, basketbol və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda loqo və şüar müsabiqəsinin qalibləri - Aynurə Qurbanova və Fərid Əliyev mükafatlandırılıb. Mükafatları Aliyə Paşayeva və Rüstəm Orucov təqdim ediblər.

Tədbir gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər