Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb
Far.Az xəbər saytı

Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb


İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonada irəliləməsi qəbuledilməzdir.

“Far.Az” xəbər verir ki, bunu Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şaraa Dəməşqdə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlardan sonra deyib.

Əl-Şaraanın sözlərinə görə, İsrail iranlı silahlı birləşmələrin mövcudluğu bəhanəsi ilə bufer zonada irəliləyib.

“Dəməşqin azad edilməsindən sonra bu əsaslandırma artıq yersizdir”, - o vurğulayıb.

Əş-Şaraa qeyd edib ki, beynəlxalq tərəflər Suriyanın 1974-cü il razılaşmasına əməl etməsi və ölkənin BMT qüvvələrini qəbul edib onları müdafiə etməyə hazır olması barədə məlumatlandırılıb.

“Hər kəs İsrailin Suriyaya doğru irəliləməsinin səhv və əvvəlki vəziyyətə qayıtmağın lazım olduğunu qəbul edir”, - Dəməşqdəki yeni administrasiyanın lideri deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər