Azərbaycan Basketbol Liqası: XI turun son qarşılaşmaları bu gün keçiriləcək
Far.Az xəbər saytı

Azərbaycan Basketbol Liqası: XI turun son qarşılaşmaları bu gün keçiriləcək


Azərbaycan Basketbol Liqasında XI turun son iki qarşılşaması bu gün baş tutacaq.

"Far.Az" xəbər verir ki, hər iki oyun B qrupunda keçiriləcək.

Əvvəlcə "Şəki" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. Hazırda Şəki klubu qrupda 18 xalla ikinci pillədədir. Beşinci yerdə olan "Quba"nın isə 13 xalı var.

Turun son görüşü Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. "Lənkəran" "Gəncə"ni qəbul edəcək. Gəncə təmsilçisi 17 xalla üçüncüdür. "Lənkəran" isə 12 xalla sonuncu - altıncı yerdədir.

Hər iki oyun saat 14:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki görüşlərində A qrupunda "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77, "Neftçi" "Naxçıvan"ı 73:63 hesabı ilə məğlub edib. B qrupunda isə "Ordu" "Sumqayıt" üzərində qələbə qazanıb - 89:82.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Basketbol Liqasının VIII turunda üç qarşılaşma keçiriləcək
Azərbaycan Basketbol Liqası: X turda bu gün daha üç görüş keçiriləcək
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər