Muxtar Babayev: COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş karbon bazarları üzrə razılaşmalar “yaşıl keçid”də özəl sektorun iştirakı üçün yeni imkanlar açır.
“Far.Az” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya İqtisadi Forumunun "COP30-a gedən yol" mövzusunda sessiyasında çıxışı zamanı bildirib.
"COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur", - M.Babayev bildirib.
Nazir, həmçinin qeyd edib ki, COP29 komandası iqlim maliyyələşməsini artırmağa kömək edəcək proqram hazırlayıb: "Biz töhfələri 1,3 trilyon ABŞ dollarına qədər artırmaq və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını, özəl sektoru və bütün digər maraqlı tərəfləri iqlim gündəliyinə fəal töhfə verməyə cəlb etmək üçün proqram hazırlamışıq".
O, həmçinin vurğulayıb ki, Azərbaycan COP30 Braziliya komandası ilə sıx əməkdaşlıq etməyi planlaşdırır: "Düşünürəm ki, bu il bizi çox iş gözləyir. Bunlar yeni çağırışlardır, lakin onlar həm də mütləq istifadə etməli olduğumuz yeni imkanlar açır".
M.Babayev əlavə edib ki, iqlim dəyişikliyinin artan təsirləri təkcə inkişaf etməkdə olan ölkələrə deyil, həm də inkişaf etmiş ölkələrə mənfi təsir göstərməkdə davam edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
"Yaşıl dünya naminə həmrəylik ili", COP29 konfransı - Azərbaycanın ekoloji siyasəti 2024-cü ildə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib













