Azərbaycan Həndbol Federasiyası məşqçilər üçün seminar təşkil edib
Far.Az xəbər saytı

Azərbaycan Həndbol Federasiyası məşqçilər üçün seminar təşkil edib


Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün iki günlük seminar keçirib.

"Far.Az" xəbər verir ki, “AHF Arena”da təşkil olunan tədbirdə ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.

AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasanın iş planı barədə danışaraq yeni mövsümdə 1-ci liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb.

Həmçinin gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı və yeni qaydalar ilə bağlı ətraflı məlumat verilib.

Tədbirdə “Kür” komandasının baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikası mövzusu üzrə çıxış edib.

Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Kür"ün direktoru: "Tarix yazdıq, avrokuboklarda III mərhələyə adlayan ilk Azərbaycan komandası olduq" - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər