Dəniz sahilini zibilləyənlər cərimələnib
Far.Az xəbər saytı

Dəniz sahilini zibilləyənlər cərimələnib


Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, nazirlik aidiyyəti dövlət qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq nəzarət-profilaktiki tədbirləri davam etdirir.

Tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsi) və 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) maddələrinin tələblərinə əməl etməyən fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməsi diqqətdə saxlanılır.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib - FOTO
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər