Azərbaycan millisinin baş məşqçisi: "Bu, U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü"
Bu U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü.
"Report" xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə matçı (4:1) dəyərləndirərkən deyib.
Mütəxəssis bu qələbənin hələ mərhələ keçmək üçün kifayət etmədiyini bildirib:
"Bu U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü. Buna görə də sevincliyik. Ancaq hələ ki işin yarısını görmüşük. Bu qələbə mərhələ adlamaq üçün kifayət etmir. Sabah bunun davamını gətirməliyik. İnanıram ki, komanda olaraq bu şansı əldən verməyəcəyik və qələbə qazanıb həm azarkeşlərimizi sevindirəcəyik, həm də əsas mərhələyə yüksələcəyik”.
O, oyunun başlanğıcında komandanın həyəcanlı olduğunu vurğulayıb:
“Oyun çətin məcrada keçdi. Matçın gedişində hesabda geri düşdük. Komanda çox həyəcanlı idi, çünki bu cür yarışda ilk dəfə iştirak edirdilər. Ancaq fasiləyə qədər hesabı bərabərləşdirdik. Paltardəyişmə otağında söhbət zamanı anladılar ki, bu rəqibi yenmək olar. Bunun da nəticəsi kimi ikinci hissədə özümüzdə güc tapdıq və qələbə qollarını vurduq. Futzal ailəsini təbrik edirəm".
Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













