BTQ-nin icraçı direktoru: Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik
Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin təşkilata qarşı səsləndirdiyi əsassız ittihamlara cavab olaraq "Far.Az"a bildirib.
"Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvarında Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib. Fransa rəsmiləri müstəmləkələrin dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə müdaxilədə ittiham edir. BTQ iddiaları qətiyyətlə rədd edir və pisləyir", - A.Abbasov deyib.
Onun sözlərinə görə, dövlət bayrağımızın Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir.
"Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır. Harada olmasından asılı olmayaraq, azadlıqlar ümumbəşəri dəyərdir və ona hamı tərəfindən hörmət edilməlidir", - BTQ-nin icraçı direktoru bildirib.
A.Abbasov vurğulayıb ki, BTQ müstəmləkəçiliyə qarşı mübarizə aparan beynəlxalq QHT kimi öz mandatına uyğun olaraq dekolonizasiya prosesini əsas hədəfi elan edib və bu istiqamətdə qanuni fəaliyyət göstərir: "Müstəqil olmaq koloniyaların haqqıdır. Bu həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilə bilər".
O, beynəlxalq təşkilatları və ictimaiyyəti bu işdə BTQ-yə dəstək olmağa çağırıb.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
BTQ-nin icraçı direktoru: Müstəmləkəçilik əsarəti altındakı regionlar Azərbaycana ümid qapısı kimi baxırlar
BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək
Fransanın kanak deputatları ələ alma siyasəti - müstəmləkəçiliyin köhnə taktikası - ŞƏRH
BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-də beynəlxalq tədbirdə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU













