Covid 19 olmuş xəstələrin qan damarlarında yeni mikstrukturlar aşkarlanıb
Far.Az xəbər saytı

Covid 19 olmuş xəstələrin qan damarlarında yeni mikstrukturlar aşkarlanıb


Alimlər postkovid sindromu olan xəstələrin qanında anormal mikrotrombların olduğunu müəyyən ediblər. Bu strukturlar xroniki yorğunluq, "beyin dumanı" və nəfəs problemlərinin əsas səbəbi ola bilər.

Far.Az xəbər verir ki, Journal of Medical Virology jurnalında dərc olunan araşdırmaya görə, bu xəstələrdə mikrotromblar sağlam insanlarla müqayisədə təxminən 20 dəfə çox, daha iri, sıx və parçalanması çətin olur.

Həmçinin, NET-strukturlar - immun hüceyrələrinin patogenləri tutmaq üçün buraxdığı yapışqan DNT və ferment "şəbəkələri" əhəmiyyətli dərəcədə artıb. Tədqiqatçılar bildirir ki, mikrotromblar və NET-strukturlar bir-birinə inteqrasiya olub. Bu komplekslər qan dövranını kiçik damarlar səviyyəsində pozur və uzunmüddətli iltihabı dəstəkləyir.

Araşdırmada süni intellekt alqoritmi yalnız bir mikrotromb nümunəsinə əsaslanaraq postkovid xəstələrinin qanını 91% dəqiqliklə müəyyən edə bilib. Alimlər hesab edirlər ki, mikrotromblar və NET-strukturlar birləşməsi postkovid sindromunun ilk obyektiv biomarkeri ola bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər