İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub
Far.Az xəbər saytı

İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub


İmişli şəhərində yanğın hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin N. Nərimanov küçəsində, Xanış Nuriyevə məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, yardımçı tikilidə başlayan alov anidən güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.

Buna baxmayaraq, tikili yararsız hala düşüb və 100-dən çox ev quşu tələf olub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər