Macarıstan XİN Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi üçün şərti açıqlayıb
Avropa İttifaqı (Aİ) Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin etməyə söz verərsə, Budapeşt təşkilatın Rusiyaya qarşı sanksiyalarının uzadılmasına veto qoymaqdan imtina edə bilər.
“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə Aİ ölkələrinin XİN başçılarının görüşü öncəsi sosial şəbəkələrdə paylaşım edib.
"Bu gün Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında səsverməmiz bir sıra səbəblərdən asılı olacaq. Buraya Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərin enerji təhlükəsizliyinin təşkilat xaricindən təhlükə altında olduğunda lazımi tədbirlər görəcəyinə zəmanət verməsi daxildir", - o qeyd edib.
Daha əvvəl P.Siyarto Aİ və Ukraynadan Macarıstana fasiləsiz qaz və neft təchizatına zəmanət verməyi tələb etmişdi. O, Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması səbəbindən Mərkəzi Avropanın bir sıra dövlətlərinin problemlərlə üzləşdiyini qeyd edib.
Hazırda Aİ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uzadılması üzərində işləyir. Onların müddəti yanvarın 31-də başa çatır. Tədbirlərin uzadılması üçün təşkilata üzv olan bütün ölkələrin razılığı tələb olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













