Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ baş verib
Far.Az xəbər saytı

Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ baş verib


Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Far.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar noyabrın 11-də yerli vaxtla saat 13:01-də baş verib. Zəlzələnin episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatskidən 52 kilometr şimal-şərqdə yerləşib. Ocaq 60 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb - YENİLƏNİB-9
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər