Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son yarış günündə kişilər arasında qalib və mükafatçıların adlarına aydınlıq gəlib.
Səid Mahmudov (55 kq) toplamda 171 kq, Amin Osmanov (61 kq) 231 kq, Tehran Məmmədov (67 kq) 277 kq, İsa Rüstəmov (73 kq) 328 kq, Elxan Əliquluzadə (81 kq) 325 kq, Nurlan Rəsulov (89 kq) 330 kq, Nurlan Məmmədzadə (96 kq) 290 kq, Məmməd Əhmədzadə (102 kq) 282 kq, Azər Məmmədli (+109 kq) 330 kq nəticə göstərərək çempion adını qazanıb.
Ölkə miqyaslı yarışın ən yaxşı kişi idmançısı İsa Rüstəmov seçilib. Ən yaxşı qadın idmançı adına isə Rahilə Hüseynova layiq görülüb.
Turnirin yekunlarına əsasən ən yaxşı kişi və qadın komandaları da bəlli olub. Kişilərdə Qazax birinci, Lənkəran ikinci, Abşeron üçüncü olub. Qadınlardan isə müvafiq yerləri Qazax, Lənkəran və İsmayıllı kollektivləri tutublar.
Qeyd edək ki, Azərbaycan çempionatında ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













