Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb
Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 3,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 % çoxdur.
Bu barədə "Qazaxıstan Dəmir Yolları” SC yanında "İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini Alibi Tulegenov “Far.Az”a müsahibəsində bildirib.
"Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi hesabına mümkün olub - ixrac həcmi də 21 % artıb", - o vurğulayıb.
A.Tulegenov qeyd edib ki, hazırda Transxəzər marşrutunun dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6 milyon ton təşkil edir: “Lakin planlarımızda bu göstəricini dəhlizin bütün infrastrukturu - dəmir yolu və limanlar - hesabına ildə 10 milyon tona çatdırmaq var”.
Onun sözlərinə görə, 2024-cü ildə Çinin Sian şəhərində Qazaxıstan-Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə 358 konteyner qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə çoxdur
A.Tulegenov vurğulayıb ki, 2025-ci ildə Çindən Orta Dəhliz vasitəsilə təxminən 600 konteyner qatarının göndərilməsi planlaşdırılır: "Bu isə marşrutun potensialından xəbər verir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
.
Oxşar xəbərlər
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb
Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 280 konteyner qatarı göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













