Bərdədə səsvermə seçici fəallığı şəraitində davam edir
Far.Az xəbər saytı

Bərdədə səsvermə seçici fəallığı şəraitində davam edir


Bərdə rayonunda səsvermə seçici fəallığı şəraitində davam edir.

“Far.Az”un Qarabağ bürosunun məlumatına görə, 99 saylı Bərdə seçki dairəsi üzrə 58 seçki məntəqəsində bələdiyyə seçkiləri keçirilir.

Dairə üzrə 51 min 986 seçici qeydiyyatdadır, onlardan 583 nəfəri ilk dəfə səs verəcək.

99 saylı Bərdə seçki dairəsində 80-100 yaşlı 905, yaşı 100-dən çox olan 3 seçici səs verəcək. Dairənin 11 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Qərb zonasında seçicilər səsvermədə fəallıq nümayiş etdirirlər
Muğan zonasında bələdiyyə seçkilərinə start verilib
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər