Qərbi Azərbaycan Xronikası: Ermənilər udilərdən qorxub, Alban kilsəsini tanımaq istəmirlər
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: Ermənilər udilərdən qorxub, Alban kilsəsini tanımaq istəmirlər


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər udilərdən qorxub, Alban kilsəsini tanımaq istəmirlər” adlı veriliş efirə gedib.

“Report” xəbər verir ki, verilişdə Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ermənilərin Alban kilsələrini talan edərək saxtalaşdırmasından söz açıb.

O bildirib ki, 1836-cı ildən sonra ermənilər Alban kilsələrini talamağa başlayıblar: “Onlar Alban kilsələrində olan tarixi, dini kitabları məhv etmək üçün rus çarından icazə alıblar. Albanlara aid mühüm tarixi sənədləri Eçmiədzin və Matenadaranda gizlədiblər”.

Dini İcma sədri diqqətə çatdırıb ki, Ermənistanda yaradılan qondarma Udi icmasında udilər yox, ermənilər yığışıb: “Udinlər vaxtı ilə ermənilərdən kömək istədi, amma onlar üz çevirdilər. Ermənilər udi adlarını, tarixini saxtalaşdırmaq, məhv etməyə çalışıblar”.

R.Mobili vurğulayıb ki, erməniləri Alban kilsəsinin bərpası qorxuya salıb: “Erməni kilsəsinin Qafqaza aidiyyəti yoxdur. Qəbələnin Nic kəndindəki Alban kilsəsinə ən çox azərbaycanlılar gəlir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycan Xronikası: Qədim xristian Udi-Alban icması ermənilər üçün bəladır
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Qərbi Azərbaycan Xronikası: “Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər