Bakıdakı Dünya Kubokunda iştirak edəcək komandalar açıqlanıb
Far.Az xəbər saytı

Bakıdakı Dünya Kubokunda iştirak edəcək komandalar açıqlanıb


Azərbaycanda ilk dəfə baş tutacaq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində iştirak edəcək komandalar müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda kişilərdən ibarət millimizlə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq.

Qadınların yarışına isə Azərbaycan, Çili, Latviya, Çin Taypeyi, Brazilya və Misir kollektivləri qatılacaq.

Qarşılaşmalar mayın 24-25-də Bakıda təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələnin ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər