İrəvan Azərbaycandan Avropaya elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaq istəyir
Far.Az xəbər saytı

İrəvan Azərbaycandan Avropaya elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaq istəyir


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib.

“Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq", - N. Paşinyan nəzərə çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.

Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Avropaya doğru yaşıl körpü: Azərbaycanın enerji diplomatiyası -TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər