"Kristal" və "Geberit" arasında əməkdaşlıq memorandumu imzalandı
Far.Az xəbər saytı

"Kristal" və "Geberit" arasında əməkdaşlıq memorandumu imzalandı


Kristal ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı "Geberit" arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində "Geberit"in mühəndislik və sanitar həllərinin Kristalın şəhər layihələrində tətbiqi nəzərdə tutulur.

Əməkdaşlığa əsasən, Kristalın şəhər layihələrindəki tam təmirli mənzillərdə "Geberit"in gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, eləcə də duş drenaj sistemlərindən istifadə olunacaq.

Avropanın sanitar-texniki avadanlıqlar sahəsində tanınmış istehsalçılarından olan "Geberit" funksionallıq, müasir texnologiya və uzunmüddətli istismar prinsiplərinə əsaslanan həlləri ilə seçilir. Brendin məhsulları yaşayış məkanlarında həm estetik görünüşün, həm də mühəndislik sistemlərinin etibarlılığının təmin edilməsinə yönəlib.

Kristalın yaşayış layihələrində təmir keyfiyyəti əsas prioritetlərdən biridir. Şirkət mənzillərin həm estetik görünüşünə, həm də uzunmüddətli istifadəsinə xüsusi diqqət yetirərək dünyanın tanınmış istehsalçılarının məhsullarına üstünlük verir. Bu istiqamətdə HARO, GEWISS, Prysmian Group, Zambaiti Parati, GROHE, Hansgrohe, Florim və Infinity kimi beynəlxalq brendlərlə əməkdaşlıq və onların məhsullarından istifadə mühüm yer tutur. "Geberit" ilə imzalanan yeni memorandum isə bu yanaşmanın davamı olaraq, Kristalın tam təmirli mənzillərində sanitar-texniki və mühəndislik sistemlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.

Bu tərəfdaşlıq Kristalın şəhər layihələrində tam təmirli mənzillərin texniki təchizatının təkmilləşdirilməsinə və sakinlər üçün daha funksional, etibarlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.

Ətraflı: *1544

kristal.az

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər