İran HDQ Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduqlarını açıqlayıb
Far.Az xəbər saytı

İran HDQ Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduqlarını açıqlayıb


İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" İran mediasına istinadən məlumat yayıb.

Bildirilib ki, PUA Kuhestak bölgəsində Sirik şəhərinin sahilində vurulub.

İran HDQ ölkənin ərazi bütövlüyünü, dəniz sərhədlərini və maraqlarını qoruyarkən bir an belə tərəddüd etməyəcəklərini bir daha bəyan edib.

Mediada həmçinin zərərsizləşdirilmiş aparatın hissələrinin əks olunduğu ehtimal edilən görüntülər də yayılıb. "Al Jazeera" qeyd edir ki, bu kadrların həqiqət olub-olmadığı hələ təsdiqlənməyib.

Oxşar xəbərlər

Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər