Bakıda səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər görüləcək
Far.Az xəbər saytı

Bakıda səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər görüləcək


2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

"Far.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Bununla yanaşı, 2027-ci ilədək avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində birgə təhlillərin aparılması, qəza ocaqlarının müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.

Həmçinin 5 il ərzində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması planlaşdırılır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Qoşa Qala Qapılarının qarşısındakı meydanda əsaslı dəyişikliklər gözlənilir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər