ƏƏSMN: Gələn il işsizlikdən sığorta fondunun xərcləri artacaq
Far.Az xəbər saytı

ƏƏSMN: Gələn il işsizlikdən sığorta fondunun xərcləri artacaq


İşsizlikdən sığorta fondunun xərcləri gələn il 5,7 milyon manat artaraq 266,4 milyon manata çatacaq.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, növbəti ildə 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq

Gələn il fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur.

İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır.

Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin

- özünüməşğulluq proqramının icrası,

- peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili,

- peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi,

- peşə standartlarının hazırlanması,

- sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi,

- sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.

Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq.

İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam etdirilməsində İSF gələn il də mühüm dəstək olacaq.

Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur.

Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.

Oxşar xəbərlər

Şuşaya köçürülən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 10 %-ə yaxın artırılır
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər