"Asan İmza" indi "Azercell" tətbiqində!
Far.Az xəbər saytı

"Asan İmza" indi "Azercell" tətbiqində!


Rəqəmsal həllərini davamlı olaraq təkmilləşdirən Azercell "Asan İmza" xidmətinin əsas məlumatlarını mobil tətbiqinə inteqrasiya edib.

Yeni funksiya vasitəsilə istifadəçilər tətbiq üzərindən gücləndirilmiş mobil elektron imzanın etibarlılıq tarixi, statusu, xidmətin növü və aylıq uzatma müddəti kimi vacib məlumatları rahatlıqla əldə edə bilirlər.

İlkin mərhələdə xidmət yalnız Fakturasız (SimSim) xətt abunəçiləri üçün təqdim olunub, növbəti mərhələdə isə Fakturalı xətt müştəriləri üçün də əlçatan olacaq.

Yeni həll Azercell abunəçilərinin müştəri təcrübəsini daha da optimallaşdırır və keyfiyyətli xidmətlərə daha rahat çıxış imkanı yaradır.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər