2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq
Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.
"Far.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.
Ötən dövr ərzində dəmir yolunda gündəlik ötürücülük qabiliyyətinin və reys saylarının artırılması çərçivəsində 10 ədəd əlavə sərnişin qatarı Bakıya artıq gətirilib və beləliklə, ümumi qatar sayı 20-yə çatdırılıb. Gətirilən qatarların 4-ü Abşeron dairəvi dəmir yolu xəttinə daxil edilmək üçün nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
"Azərbaycan Dəmir Yolları" yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alyona Əliyeva Lənkəranda Baytarlıq Klinikasının açılışı ilə bağlı paylaşım edib
-
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
-
"Qarabağ"ın ÇL-dəki oyununa məşhur hakim təyin olundu
-
Xəzər çəkildikcə MİSTİK TAPINTILAR çoxalır: Qədim meşənin qalıqları aşkar edilib
-
Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"
-
İran kəşfiyyatından Xameneiyə qarşı sui-qəsd xəbərdarlığı













