Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi
Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib.
Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.
Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi. Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir.
Cavidan Osmanlı isə bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2 vəkilə irad bildirilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub
-
"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
-
Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib
-
Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ
-
Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
-
Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb













