“Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib
Sumqayıt şəhərində Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib.
“Far.Az”un yerli bürosu xəbər verir ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
“Kimyaçı” Mədəniyyət Mərkəzində baş tutan tədbirdə əvvəlcə ölkəmizin süverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, deputat Şahin İsmayılov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış ediblər.
F.Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcova təqdim edib.
Gənclər və idman naziri həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə mükafata layiq görülmüş gənclərə mükafatları təqdim edib. Sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub, “Gənclər Paytaxtı” Sumqayıtın maskotu ictimaiyyətə təqdim edilib.
Sumqayıtlı gənc Vüqarə Əzizovanın çıxışından sonra Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclərə təqdim olunub.
Tədbirdən sonra müğənnilər - Miri Yusif, Murad Arif, Mardan, Nigar Camal, Gülyaz və Gülyanaq, Çinarə Məlikzadənin ifasında konsert olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













