Türkiyənin Antalya vilayətində insanlar çimərliklərə axışıb
Havanın hərarətinin mövsümi normadan yüksək olduğu Türkiyənin Antalya vilayətində çimərliklərdə insanların sıxlığı müşahidə edilir.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Alanyada havanın temperaturunun 20 dərəcədən yüksək olmasından istifadə edən yerli və xarici turistlər, sakinlər dənizin dadını çıxarmaq üçün dünyaca məşhur “Kleopatra” çimərliyinə üz tutublar.
Bəziləri dəniz suyunun hərarətinin 19 dərəcəyə yüksəlməsindən istifadə edərək çimərlikdə uşaqları ilə vaxt keçirib, digərləri dənizin, qumun və günəşin dadını çıxarıb. Balıq tutmaq istəyənlər də çimərlikdə yerlərini tutublar. Qış tətilinin son günündən səmərəli istifadə etmək istəyən şagirdlər isə sahildə oynayıblar.
"Havanın hərarətinin əla olmasından istifadə edib bura gəldik. Türkiyənin hər yerində hava soyuq olsa da, Alanyada isti günlər davam edir. Biz də bu fürsətdən istifadə edib, çimərliyə üz tutduq, idmanla məşğuluq”, - Alanyada çimərliyə voleybol oynamağa gələn Mustafa Özbek deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Sentyabr ayının hava proqnozu açıqlanıb
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU













