Azercell-in tərəfdaşlığı ilə "Mələk İnvestorlar Məktəbi" layihəsi baş tutdu
Mobil operator Azərbaycanda investor mədəniyyətinin inkişafına dəstəyini davam etdirir.
4–6 noyabr 2025-ci il tarixlərində Bakıda "Mələk İnvestorlar Məktəbi" layihəsi baş tutub. Ölkədə innovasiya və investisiya ekosisteminin inkişafına daima töhfə verən "Azercell Telekom" MMC tədbirə tərəfdaşlıq edib.
Layihənin əsas məqsədi Azərbaycanda yeni nəsil investorların formalaşdırılması, onların praktiki və nəzəri biliklərinin artırılması, eləcə də ölkədə sağlam investor mədəniyyətinin təşviq edilməsidir. Üçgünlük proqram çərçivəsində iştirakçılar üçün investor təlimləri və İnvestisiya Sammiti təşkil olunub.
Azercell Telekom-u tədbirdə şirkətin Texnologiya və İnformasiya üzrə Baş direktor Corc Held təmsil edib. C. Held çıxışında Azercell-in ölkədə startap və innovasiya ekosisteminin inkişafına verdiyi dəstəyin əhəmiyyətindən danışaraq bildirib:
"Azercell uzun illərdir Azərbaycanda startap ekosisteminin formalaşması və inkişafına böyük əhəmiyyət verir. Biz inanırıq ki, bu kimi təşəbbüslər ölkənin iqtisadi transformasiyasına və innovasiyaların sürətlənməsinə xidmət edir."
Tədbirə 500-dən artıq potensial investor qatılıb, onlar hüquqi çərçivələr, risklərin idarə edilməsi, investisiya strategiyaları və portfelin diversifikasiyası kimi mövzularda biliklər əldə ediblər.
Sammit çərçivəsində yerli startapların təqdimat sessiyaları, panel müzakirələr və beynəlxalq ekspertlərin çıxışları baş tutub. Tədbirin sonunda seçilən 5 iştirakçı ABŞ-da keçiriləcək "Silicon Valley Tour" proqramına vəsiqə qazanıb.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Hikmət Hacıyev: "Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını bariz şəkildə görürük"
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.













