"Bakı Gəmiqayırma Zavodu" üçün vergi-gömrük güzəştlərinin müddəti artırılıb
Far.Az xəbər saytı

"Bakı Gəmiqayırma Zavodu" üçün vergi-gömrük güzəştlərinin müddəti artırılıb


Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Far.Az xəbər verir ki, yenilənmiş qanuna əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki Qaradağ Sənaye Parkının rezidenti - "Bakı Gəmiqayırma Zavodu" MMC üçün vergi-gömrük güzəştlərinin müddəti artırılıb.

Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilib.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub.

Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 14 il müddətinə gömrük rüsumundan azad edilib. İndiyə qədər bu müddəti 10 il idi.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər